...

Gecə Bakıda və Sumqayıtda yanğın olub

Hadisə Materials 24 May 2016 09:15
Gecə saatlarında paytaxtda və Sumqayıtda yanğın faktları qeydə alınıb.
Gecə Bakıda və Sumqayıtda yanğın olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Gecə saatlarında paytaxtda və Sumqayıtda yanğın faktları qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin və bitişik talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur.

Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti