...

Gəncə-Göygöl yolunda qəza baş verdi, xəsarət alanlar var

Hadisə Materials 26 May 2016 22:45
Gəncə-Göygöl avtomobil yolunda qəza baş verib.
Gəncə-Göygöl yolunda qəza baş verdi, xəsarət alanlar var

Trend-i buradan izləyin

Gəncə-Göygöl avtomobil yolunda qəza baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə yolun Qızılqaya qəsəbəsində qeydə alınıb.

24 yaşlı Elmar Rzayevin idarə etdiyi "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişin, Gəncə sakini 22 yaşlı Azər Sadıqov xəsarət alıb. Elmar Rzayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona sağ diz qapağının sınığı, sağ budun qırığı və bədən nahiyəsinin müxtəlif hissələrinin əzniyi diaqnozu qoyulub. Digər yaralı Azər Sadıqov isə Mərkəzi Klinika Gəncə Xəstəxanasına aparılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti