...

Paytaxtda 46 yaşlı kişi istirahət parkında ölüb

Hadisə Materials 27 May 2016 11:00 (UTC +04:00)
Bakının mərkəzində istirahət parkında ölüm hadisəsi baş verib.
Paytaxtda 46 yaşlı kişi istirahət parkında ölüb

Bakı. Samir Əli - Trend:

Bakının mərkəzində istirahət parkında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisindəki "Dədə Qorud" istirahət parkında baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ceyhun Həsənov parkda istirahət edərkən qəfil halı pisləşib. Ətrafdakılar dərhal əraziyə təcili yardım çağırsalar da, gec olub. Təcili Tibbi Yardım briqadasının əməkdaşları hadisə yerinə çatana qədər C.Həsənov dünyasını dəyişib.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, C.Həsənov ürək turmasından dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti