...

Sifarişlə qızıl oğurlamağın aqibəti

Hadisə Materials 4 İyun 2016 16:01 (UTC +04:00)
Oğurluq etmiş Masallı sakini tutulub.
Sifarişlə qızıl oğurlamağın aqibəti

Bakı. Trend:

Oğurluq etmiş Masallı sakini tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Masallı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini Qismət Şükürova məxsus evdən 5000 manat pul və 40 000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerlisi Əli Şahbazov tutulub.

Ə.Şahbazov oğurluğu ev sahibinin sifarişi əsasında törətməsini etiraf edib.

Ev sahibi Q.Şükürov izahatında pul və qızıl əşyaların arvadına məxsus olmasını və özünün borcu olduğundan oğurladıb borcunu ödəmək niyyətini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti