...

Bakı sakininə qarşı quldurluq edən dəstəyə hökm oxundu

Hadisə Materials 8 İyun 2016 15:36 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Sarvan Ramazanov və Şahin Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Ramazanov 9 il, Ş.Şəfiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, təqsirləndirilən şəxslər Bakıda paytaxt sakini Taleh Ağayevə qarşı quldurluq edərək küçədə onu döyüb, boğazına bıçaq dirəyib iki mobil telefonunu əlindən alaraq qaçıblar. T.Ağayevin polisə müraciətindən sonra Nizami rayon Polis İdarəsinin apardığı əməliyyat-axtarış tədbirləri zamanı hər iki şəxs saxlanılıb. Onlar ilkin ifadələri zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti