...

Aeroportda narkotik əkən şəxs: "Bir dəfə əkirəm, 3-4 il çəkirəm" (VİDEO/FOTO)

Hadisə Materials 9 İyun 2016 17:39 (UTC +04:00)
Lənkəranda hava limanının ərazisində narkotik vasitə əkib-becərən şəxs tutulub.
Aeroportda narkotik əkən şəxs: "Bir dəfə əkirəm, 3-4 il çəkirəm" (VİDEO/FOTO)

Bakı. Trend:

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Digah kənd sakini çətənə kollarına qulluq göstərərkən saxlanılıb.

Region TV-dən Trend-ə verilən məlumata görə, Polis şöbəsinə rayonun Digah kəndi ərazisində narkotik vasitə hesab olunan çətənə kollarının becərilməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat keçirən polis əməkdaşları əraziyə baxış keçirən zaman 34 yaşlı kənd sakini Anar Xubəli oğlu Məmmədovu saxlayıblar. O, becərdiyi 274 ədəd çətənə kolu ilə birgə polis şöbəsinə gətirilib. İlkin dindirilmə zamanı A.Məmmədov çətənə kollarına qulluq göstərdiyini və narkotik aludəçisi olduğunu etiraf edib.

Əraziyə baxış zamanı Anar Məmmədovdan həmçinin 1 kiloqram qurudulmuş marixuana və 16 kalibrli ov tüfəngi də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı A.Məmmədovun oğurluq törətməkdə şübhəli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olduğu məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti