...

Avtomobil yoldan çıxıb betona çırpıldı: yaralı var (FOTO/VİDEO)

Hadisə Materials 22 İyun 2016 15:12 (UTC +04:00)
Şirvanda baş verən yol qəzasında sürücü xəsarət alıb.
Avtomobil yoldan çıxıb betona çırpıldı: yaralı var (FOTO/VİDEO)

Bakı. Trend:

Şirvanda baş verən yol qəzasında sürücü xəsarət alıb.

Trend Region TV-yə istinadən məlumat verir ki, qəza bu gün saat 11 radələrində H.Əliyev prospektində qeydə alınıb. Şirvan sakini Xudiyev Elçin Həmid oğlunun idarə etdiyi "Mercedes" markalı, "90 FD 970" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Bir neçə dəfə yuvarlanan avtomobil beton səddə çırpılıb.

Nəticədə sürücü xəsarət alıb və döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti