Bakı. Trend:
Ötən gün Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saat 06 radələrində Sumqayıt sakini Samir Mirzəzadə idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Şahsənəm Camalovanı, İqbal Məmmədovu və Tofiq Həmidovu vurub və onlar xəstəxanaya yerləşdiriliblər.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.