...

Dənizdə 18 yaşlı qız batıb

Hadisə Materials 4 İyul 2016 16:48 (UTC +04:00)
Dənizdə 18 yaşlı qız batıb.
Dənizdə 18 yaşlı qız batıb

Bakı. Trend:

Dənizdə 18 yaşlı qız batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan 2-nin xilas olunmalarını təmin ediblər. Digər - 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Abşeron rayonunda (məntəqə ərazisində) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti