...

Qubada qadağan olunmuş dini təriqətləri təbliğ edən dəstə aşkarlandı

Hadisə Materials 7 İyul 2016 11:46 (UTC +04:00)
Qubada qadağan olunmuş dini təriqətləri təbliğ edən dəstə aşkarlanıb.
Qubada qadağan olunmuş dini təriqətləri təbliğ edən dəstə aşkarlandı

Bakı. Trend:

Qubada qadağan olunmuş dini təriqətləri təbliğ edən dəstə aşkarlanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 6-da Quba rayonunun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.

Quba RPŞ əməkdaşları tərəfindən onlar saxlanılmış, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilmiş, izahatları alındıqdan sonra buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti