Göyçayda kafedə dava: 3 nəfər bıçaqlandı

Hadisə Xəbər 8 İyul 2016 12:56 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 8-də Göyçay şəhərindəki yeməkxanada şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirib.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Qasımov tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti