...

Bərdə və Biləsuvarda yanğın olub

Hadisə Materials 8 İyul 2016 20:19 (UTC +04:00)
Bərdə və Biləsuvar rayonlarında yanğın hadisələri qeydə alınıb.
Bərdə və Biləsuvarda yanğın olub

Bakı. Trend:

Bərdə və Biləsuvar rayonlarında yanğın hadisələri qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 8 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonu, Bağbanlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin tavanı 20 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti