Bakı. Trend:
Siyəzəndə azyaşlı qız 4-cü mərtəbədən yıxılıb ölüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 15-də Siyəzən rayonunda yaşayan azyaşlı Dilək Məmmədova mənzillərinin pəncərəsindən (4-cü mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.