Bakı. Trend:
Şəmkir rayonunda çayxana yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan çayxananın mətbəxinin tavanı və içərisindəki əşyalar 3 m2 sahədə yanıb.
Çayxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.