...

Sumqayıtda yataqxana yanıb - 1 nəfər xəstəxanaya yerləşdirilib

Hadisə Materials 26 İyul 2016 11:46 (UTC +04:00)
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Sumqayıtda yataqxana yanıb - 1 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 25-də saat 14 radələrində Sumqayıt şəhəri A.Vurğun küçəsindəki yataqxanada yaşayan Ağdam rayon sakini Eldar Səfərovun otağında yanğın baş verib.

Nəticədə hamam otağında 20 kvm.sahə, su qızdırıcısı və paltaryuyan maşın yanıb, yanıq xəsarəti almış E.Səfərov xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti