...

Burun əməliyyatında ölən qız BDU-ya qəbul olunmuşdu (FOTO)

Hadisə Materials 23 Avqust 2016 14:31 (UTC +04:00)
Universitet həyatına qədəm qoymadan dünyasını dəyişdi.
Burun əməliyyatında ölən qız BDU-ya qəbul olunmuşdu (FOTO)

Bakı. Trend:

Gəncədə burnundan estetik əməliyyat olunan gənc qızın ölüm səbəbi məlum olub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, avqustun 22-də Yeni Gəncə Özəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib. Burnundan estetik əməliyyat edilən A.Orucova narkozdan ayılmayıb.

Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncədə burnunu əməliyyat etdirən qız əməliyyat zamanı öldü

Gəncədə burnunu əməliyyat etdirən qız əməliyyat zamanı öldü

A.Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olunubmuş.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti