Bakı. Trend:
Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9200 ədəd “Kent” markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.