Bakı. Trend:
Rusiya Federasiyası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Sabir Məmmədov tutulub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) və 163-cü (dələduzluq) maddələri ilə axtarışda olan Sabir Məmmədov tutulub.