...

Qaradağda elektrik-qaz cihazları anbarında yanğın olub

Hadisə Materials 5 Oktyabr 2016 11:40 (UTC +04:00)
Qaradağda elektrik-qaz cihazları anbarında yanğın olub.
Qaradağda elektrik-qaz cihazları anbarında yanğın olub

Bakı. Trend:

Qaradağda elektrik-qaz cihazları anbarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m (hər mərtəbəsi 200 kv.m) olan ikimərtəbəli elektrik-qaz cihazları anbarının dam örtüyünün yanar konstruksiyaları və içərisində olan elektrik-qaz cihazları yanıb.

Yaxınlıqdakı anbarlar yanğından mühafizə olunub. Yanğın saat 09:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti