...

Astarada 5 otaqlı ev yanıb

Hadisə Materials 23 Oktyabr 2016 06:52 (UTC +04:00)
Astarada yanğın baş verib
Astarada 5 otaqlı ev yanıb

Bakı. Trend:

Astarada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 260 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində yerləşən mətbəxdə 1 ədəd paltaryuyan maşın, 1 m² sahədə mətbəx mebeli və aspirator yanıb.

Yüksək temperaturdan 1 ədəd qaz sobası deformasiyaya uğradı. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti