...

İstanbulda partlayış: 2 yaralı

Hadisə Materials 18 Dekabr 2016 01:28 (UTC +04:00)
İstanbulun Bəylikdüzü rayonunda naməlum şəxslər Xalqların Demokratik Partiyasının (HDP) ofisində partlayış törədib.
İstanbulda partlayış: 2 yaralı

Bakı. Trend:

İstanbulun Bəylikdüzü rayonunda naməlum şəxslər Xalqların Demokratik Partiyasının (HDP) ofisində partlayış törədib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər
mühafizəçiləri zərərsizləşdirərək ofisdəki əşyaları sındırmağa başladılar.

Hücüm edənlər yanğını törətdikdən sonra hadisə yerindən qaçıblar.

Yanğın zamanı qaz sızmasından partlayış baş verib və nəticədə 2 nəfər yaralanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb.

Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti