...

Rusiya vətəndaşları 12 min dolları gömrükdən belə keçirmək istədilər (FOTO)

Hadisə Materials 21 Dekabr 2016 12:31 (UTC +04:00)
Rusiya vətəndaşlarının üzərində 120 min dollar aşkar olunub.
Rusiya vətəndaşları 12 min dolları gömrükdən belə keçirmək istədilər (FOTO)

Bakı. Trend:

Rusiya vətəndaşlarının üzərində 120 min dollar aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120 min dollar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti