...

Gömrükdə 3 mindən artıq "partladan" müsadirə olunub

Hadisə Materials 22 Dekabr 2016 10:54 (UTC +04:00)
Gömrükdə 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunub.
Gömrükdə 3 mindən artıq "partladan" müsadirə olunub

Bakı. Trend:

Gömrükdə 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Xaçmaz şəhərində reyd keçirilib. Nəticədə gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti