...

Biləsuvarda ev yanıb

Hadisə Materials 22 Dekabr 2016 13:32 (UTC +04:00)
Biləsuvarda səhər saatlarında yanğın faktı qeydə alınıb.
Biləsuvarda ev yanıb

Bakı. Trend:

Biləsuvarda səhər saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və evə bitişik tikilmiş ümumi sahəsi 25 m2 olan köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 10:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti