...

Bakıda yarımçıq tikilidən meyit tapılıb

Hadisə Materials 29 Dekabr 2016 18:17 (UTC +04:00)
Bakıda yarımçıq tikilidən meyit tapılıb.
Bakıda yarımçıq tikilidən meyit tapılıb

Bakı. Trend:

Bakıda yarımçıq tikilidən meyit tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda yarımçıq tikilidən 1 nəfərin cəsədini çıxarmaq üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan kişi cəsədini tikilinin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti