...

Bakıda yaşayış binasında elektrik sayğacları yanıb

Hadisə Materials 31 Dekabr 2016 06:14 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci, 3-cü mərtəbələrində elektrik lövhəsində 15 ədəd sayğac, 15 ədəd qoruyucu açar və 4 p.m elektrik kabeli yanıb.

Elektrik kabelinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti