...

4 il əvvəl itkin düşən qadının qardaşı tərəfindən öldürüldüyü məlum oldu

Hadisə Materials 4 Yanvar 2017 14:36 (UTC +04:00)
Lənkəranda 4 il əvvəl itkin düşən qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub.
4 il əvvəl itkin düşən qadının qardaşı tərəfindən öldürüldüyü məlum oldu

Bakı. Trend:

Lənkəranda 4 il əvvəl itkin düşən qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2012-ci il iyunun 17-də Lənkəran sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və meyitin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

Meyitin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti