...

Ərini öldürmüş 27 yaşlı qadının məhkəməsi başlayıb

Hadisə Materials 23 Yanvar 2017 11:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
Ərini öldürmüş 27 yaşlı qadının məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı fevralın 2-nə təyin edilib.

İttihama förə, 2016-cı il iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı N.Kərimova tutulub.

Müəyyən edilib ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyib. N.Kərimova ifadəsində bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili gələn Vüqarla Nuridə arasında mübahisə yaranıb və qadın ərini bıçaqla öldürüb. V. Kərimov hadisə yerində dünyasını dəyişib. Cütlüyün birgə nikahdan 4 yaşlı qızı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti