...

Külli miqdarda aksiz markasız siqaret müsadirə edilib (FOTO)

Hadisə Materials 26 Yanvar 2017 11:47 (UTC +04:00)
Gömrükçülər xeyli sayda siqaret müsadirə ediblər.
Külli miqdarda aksiz markasız siqaret müsadirə edilib (FOTO)

Bakı. Trend:

Gömrükçülər xeyli sayda siqaret müsadirə ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Əməliyyat tədbiri Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşən mağazanın qarşısında baş tutub. Burada Azərbaycanın aksiz markasıyla markalanmamış tütün məmulatının satışı və daşınması ilə məşğul olan Gəncə sakininin idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı aparılıb.

Baxış zamanı, avtomobilin salonunda sözügedən şəxsə məxsus 5 ədəd sellofan çantanın və 2 ədəd karton qutunun içərisində xarici ölkələrdə istehsal olunmuş, Azərbaycanın aksiz markası ilə markalanmamış cəmi 31.800 ədəd “Pirveli Premium”, “Golden Gate Blue” və “Dubao Red” adlı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti