...

3 il əvvəl qətl törədən şəxs həbs olunub

Hadisə Materials 1 Fevral 2017 12:32 (UTC +04:00)
Tərtər sakinini döyərək qətlə yetirən şəxs saxlanılıb.
3 il əvvəl qətl törədən şəxs həbs olunub

Bakı. Trend:

Tərtər sakinini döyərək qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 11-də Tərtər rayon sakini Səxavət Musayevi döyərək qətlə yetirməkdə şübhəli bilinən Səxavət Orucov tutulub.

Axtarış əməliyyat tədbirləri ilə onun 2014-cü il fevralın 19-da Sənan Mirzəyevə tüfəngdən atəş açaraq qətlə yetirməsi də müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti