Bakı. Trend:
Keçmiş məhkum silahla yaxalanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rizvan Fərzəliyevdən nömrəsi silinmiş "AKSU" markalı silah, 27 ədəd patron və 1 ədəd patron darağı götürülüb.