...

Azərbaycana narkotik tərkibli dərman keçirən şəxs saxlanılıb

Hadisə Materials 4 Aprel 2017 10:11 (UTC +04:00)
Azərbaycan gömrükçüləri İrandan Azərbaycana külli miqdarda narkotik tərkibli dərman preparatlarının keçirilməsdinin qarşısını alıb.
Azərbaycana narkotik tərkibli dərman keçirən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Azərbaycan gömrükçüləri İrandan Azərbaycana külli miqdarda narkotik tərkibli dərman preparatlarının keçirilməsdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Heiman X-Ray" rentgen yük-yoxlama qurğusunda baxış keçirilib.

Baxış zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisində - çantalarda olan konfetlərin və qarışıq ərzaq mallarının arasında, eləcə də şəxsi geyim mallarına bükülərək gömrük nəzarətindən gizlədilmiş - 227 flakon"Mydrax 1%", 390 həb "Alprazolam 0.5", 300 kapsul "Pregabalin 150", 200 həb "Clonazepam 2", 300 həb "Phenobarbital 100" adlı dərman preparatları, 226,3 qram kalium permanqanat, təsir maddəsi tramadol olan 5750 həb və 35 ədəd "Clobetasol 0.05%" adlı maz aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən dərman vasitələrindən "Alprazolam", "Clonazepam" və "Phenobarbital" preparatları "Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı"na, "Mydrax", "Pregabalin" və "Tramadol" preparatları "Güclü təsir edən maddələrin siyahısı"na, kalium permanqanat isə "Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti