...

Bakıda 5 otaqlı ev yanıb

Hadisə Materials 11 May 2017 04:05 (UTC +04:00)
Bakı şəhəri, Xəzər rayonunda yanğın qeydə alınıb
Bakıda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının taxta konstruksiyalardan ibarət arakəsməsi 10 m2 sahədə, 1 ədəd pəncərə çərçivəsi və 5 m2 sahədə ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti