Bakı. Trend:
Salyanda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Salyan rayonu, Bəydili kəndində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərriki və salon hissəsi qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.