Bakı. Trend:
Paytaxtda dərzi sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 4 otaqdan ibarət dərzi sexinin 3 otağının yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olunub.
Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın saat 09:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.