...

Lerikdə partlayış olub - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə Materials 27 İyul 2017 12:13 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Lerik rayonunda baş verən partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə rayonun Piran kəndində baş verib.

Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı rayonun Piran kənd sakinləridir.

Hazırda Lerik Rayon Prokurorluğu, rayon Polis Şöbəsi və İcra Hakimiyyətinin məsul şəxsləri hadisə yerindədir.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti