...

DİN paytaxtda bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 15 Avqust 2017 12:11 (UTC +04:00)
Qaradağ rayonu ərazisindəki kafelərdən birində bıçaqlanma hadisəsi baş verib.
DİN paytaxtda bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Qaradağ rayonu ərazisindəki kafelərdən birində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib. Q.Məmmədli aldığı xəsarətdən hadisə yerində ölüb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

Xəbər lenti

Xəbər lenti