Bakı.Trend:
Beyləqanda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunda ümumi sahəsi 36 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.