...

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalanıb

Hadisə Materials 21 Avqust 2017 13:07 (UTC +04:00)
Bakı sakinini şantaj edərək ondan pul alan şəxs yaxalanıb
Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalanıb

Bakı. Trend:

Bakı sakinini şantaj edərək ondan pul alan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pulunu alıb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti