...

Gömrükdə avtomobilin oturacağının içindən mobil telefonlar çıxdı

Hadisə Materials 28 Avqust 2017 10:54 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Gömrükdə avtomobilin oturacağının içindən mobil telefonlar çıxdı

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobilin salonundakı ön oturacağın içindən 4 ədəd "Samsung J3-2016" markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti