...

Qəbələdə dağlıq ərazidəki yanğının söndürülməsi istiqamətində iş davam edir (YENİLƏNİB)

Hadisə Materials 1 Sentyabr 2017 10:40 (UTC +04:00)
Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib
Qəbələdə dağlıq ərazidəki yanğının söndürülməsi istiqamətində iş davam edir (YENİLƏNİB)

Trend-i buradan izləyin

İlk xəbər saat 08:41-də yayımlanıb

Bakı. Trend:

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib. FHN-dən Trend-ə verilən son məlumata görə, yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə rayonu çatmış və söndürmə işlərinə başlamışdır.

X X X

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti