...

Gəncədə mikroavtobus yanıb

Hadisə Materials 13 Sentyabr 2017 01:06 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhəri, Nizami rayonunda "RAF" markalı mikroavtobus yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda "RAF" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları və salonunda 1 ədəd oturacaq yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti