...

İsmayıllıda meşə yanır

Hadisə Materials 14 Sentyabr 2017 15:52 (UTC +04:00)
İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib.
İsmayıllıda meşə yanır

Bakı. Trend:

İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə ETSN və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının nümayəndələri cəlb olunub.

Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti