Bakı. Trend:
Paytaxtda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 350 kv.m olan ikimərtəbəli 4 otaqlı evin hamamında lambirdən ibarət tavan 5 kv.m sahədə və evin çardağı 10 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.