...

Qubada zəlzələ olub

Hadisə Materials 4 Oktyabr 2017 08:18 (UTC +04:00)
Oktyabrın 4-də Quba rayonunda 3.6 bal gücündə zəlzələ baş verib.
Qubada zəlzələ olub

Bakı. Trend:

Oktyabrın 4-də Quba rayonunda 3.6 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 06:36-da Qubadan 10km şimal-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Təkanların dərinliyi 6 kilometr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti