...

Şəmkirdə evə basqın edən şəxslər saxlanılıb

Hadisə Materials 6 Oktyabr 2017 16:56 (UTC +04:00)
Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində quldurluq hadisəsi baş verib.
Şəmkirdə evə basqın edən şəxslər saxlanılıb

Bakı. Trend:

Şəmkirdə evə basqın edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 4-də DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində quldurluq hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gələn Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və müəyyən edilib ki, həmin gün saat 23 radələrində Yeganə Məmmədovanın evinə qapını gərib açmaq yolu ilə girən 2 maskalı şəxs ona xəsarət yetirib, qızı Səkinəni və oğlu Əlini öldürəcəkləri ilə hədələyərək oradan 140 manat və 10000 rubl (295 manat) pul aparıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədənlər müəyyən edilib və Zəyəm Cırdaxan kənd sakini İlkin Babayev və əvvəllər məhkum olunmuş Toğrul Babayev şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Tutarlı dəlillər qarşısında həmin şəxslər bu əməli tamah məqsədi ilə törətdiklərini və əldə etdikləri pulu aralarında böldüklərini etiraf ediblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti