Bakı. Orxan Nəbiyev - Trend:
Roma papası I Fransiskin Vatikanda çıxışı zamanı səsgücləndiricilərdə nöqsan yaranıb.
Trend-in məlumatına görə, papa çıxışına başlayarkən San Pyetro meydanına toplaşanlar bir müddət onun səsini eşitməyib.
Meydandakı uğultudan səslə bağlı problem yarandığını anlayan I Fransisk çıxışını dayandırıb və problemin aradan qaldırılmasını gözləyib.
Səsgücləndiricilər işə salındıqdan sonra Roma papası çıxışını yenidən başlayıb.