Bakı. Trend:
Bu gün İrlandiyada bütün təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, belə bir addım İrlandiyaya yaxınlaşmaqda olan "Ofeliya" qasırğası səbəbindən atılıb.
Qeyd edək ki, bu barədə qərar ölkənin Təhsil Nazirliyi tərəfindən qəbul edilib.
Təhsil Nazirliyinin məlumatında deyilir: "Yaxınlaşmaqda olan "Ofeliya" qasırğası səbəbindən ölkədə fəaliyyət göstərən bütün məktəb, kollec və digər təhsil müəssislərinə tədrisin bazar ertəsi dayandırılması barədə xəbərdarlıq edilib".