Bakı. Trend:
Bakıda 4 otaqlı evdə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 56 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstuksiyaları 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.