...

Paytaxtda marketdən oğurluq etmək istəyən şəxs tutulub (FOTO)

Hadisə Materials 23 Oktyabr 2017 10:55 (UTC +04:00)
Sabunçu rayonunda marketdən oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.
Paytaxtda marketdən oğurluq etmək istəyən şəxs tutulub (FOTO)

Bakı. Trend:

Sabunçu rayonunda marketdən oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti uğurlu tədbir həyata keçirilib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunaraq qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs müqavimət göstərərk hadisə yerindən qaçmağa cəhd göstərib. Amma o, polis əməkdaşlarının çevikliyi sayəsində vaxtında saxlanılaraq ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin Yasamal rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan Fərid Quliyev olduğu məlum olub.

Göstərilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçi RPİ-nə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti